16 C
Baku
Sunday, November 3, 2024

Kiçik hüquqşünas – Global Management

0
Kiçik hüquqşünas – Global Management
Bakı
07.01.2024

Vəzifə öhdəlikləri:

  • Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin yazılması;
  • Cəmiyyət tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq xidmətləri departamentinə yoxlanması üçün təqdim edilən müqavilələr və müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavələri üzrə hüquqi rəylərin verilməsi;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericlik əsasında digər zəruri sənədlərinin hazırlanması;
  • Əmək qanunvericliyinə əsasən zəruri sənədlərin hazırlanması;
  • Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
  • Müdafiə və ya ittiham xarakterli məhkəmə işlərinin məqsədə uyğunluğunu müəyyən etmək üçün hüquqi sənədləri nəzərdən keçirilməsi və hüquqi rəyin hazırlanması;
  • İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
  • Məhkəmələrdə və ya dövlət orqanları qarşısında Cəmiyyətin təmsil edilməsi, cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin icrası bitmiş məhkəmə işlərinin hesabatlarının hazırlanması;
  • Əqli mülkiyyət qanunlarına, Miqrasiya Məcəlləsinə, Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən olunmuş hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə (lisenziya) sənədlərin alınması üçün müvafiq sənədlərin hazırlanması və müvafiq qurumlara müraciətin edilməsi, Cəmiyyətin təmsil olunması;
  • Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatlarının yerinə yetirilməsi.

Vəzifəyə dair tələblər:

  • Hüquq fakultəsi üzrə bakalavr ali təhsili;
  • Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilməli;
  • Azərbaycan dilində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis dili və rus dili üstünlükdür);
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • Detallara yüksək diqqət;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli;
  • Hüquq sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaHüquq