9 C
Baku
Thursday, December 12, 2024

Kiçik Kredit Analitiki – PASHA Bank

0
Kiçik Kredit Analitiki – PASHA Bank
Bakı
09.07.2021

Kiçik Kredit Analitiki

Vəzifənin məqsədi

Kredit Analitiki bütün sahələrdə fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlıq müştərilərinin kredit müraciətlərinə baxır, biznes və maliyyə təhlilini (konvensional və sürətləndirilmiş şəkildə) aparır, proqnozlar edir, müştərilərə maliyyə məsləhətləri verir və Müştəri Menecerləri ilə komanda halında çalışaraq, sürətli və səmərəli şəkildə kreditləşməni təmin edir.

Vəzifə öhdəlikləri

• Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
• Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
• Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
• Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
• Kredit portfelinin idarə edilməsi.
• Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
• Tələb olunan iş təcrübəsi: 0-1 il
• Xarici dillər: İngilis, Rus
• Kompüter bilikləri: Microsoft Office

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Kiçik Kredit Analitiki” qeyd edərək göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi