10 C
Baku
Thursday, November 14, 2024

Kiçik Kredit Risk Anderrayteri (KİB) – PASHA Bank

0
Kiçik Kredit Risk Anderrayteri (KİB) – PASHA Bank
Bakı
17.01.2023

İşiniz nədən ibarətdir?

  • Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə korporativ və institusional bankçılıq şöbəsi üzrə potensial borc alanlarla bağlı kredit risklərinin təhlili;
  • Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnməsi;
  • Kreditlərin strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
  • Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərarın verilməsi;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa, bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmasının təmin edilməsi;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi;
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi üzrə səlahiyyət və cavabdehlik;
  • Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət; erkən xəbərdarlıq siqnalına əsasən təklif edilmiş strategiyaya rəyin verilməsi.;
  • Sifarişlər üzrə defolt olma ehtimalı dərəcəsinin hesablanması, eləcə də Kreditlərin strukturlaşdırılması və Monitorinq şöbələri tərəfindən daxil olan defolt olma ehtimalı üzrə cədvəllərin yoxlanılması, nəzarəti və düzgün defolt dərəcəsinin təsdiq edilməsi;
  • Xidmət səviyyəsi müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi;
  • Bankın təşkilati risklərin idarəedilməsinə dair siyasətinə əməl edilməsi; iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
  • Təcrübə: kredit, risk, maliyyə təhlili və ya müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili (səlis), rus dili (orta).
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.
  • İqtisadi/bazar bilikləri: Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması.
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər üzrə biliklər; maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
  • Üstünlük verilir: Risk menecment, ACCA, CFA üzrə sertifikatların mövcudluğu əlavə üstünlükdür.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit anderraytinqi, Kredit işçisi