18 C
Baku
Saturday, November 2, 2024

Kiçik mütəxəssis – Azərbaycan Kredit Bürosu

0
Kiçik mütəxəssis – Azərbaycan Kredit Bürosu
Bakı
26.01.2024

Vakansiya haqqında:

İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00

Müraciət üçün son tarix: 10.02.2024

Vəzifə öhdəlikləri və fəaliyyətlər:

  • Büronun tərəfdaşları ilə işləmək, onlardan daxil olan sorğu və müraciətlərin operativ və dəqiq həyata keçirilməsini təmin etmək;
  • Büroya məlumatların qanunvericiliyin tələblərinə müvafiq qaydada təqdim olunması üçün monitorinq və konsultasiya fəaliyyətini həyata keçirmək;
  • Tərəfdaşlar tərəfindən daxil olan sorğuları araşdırmaq, yaranmış problem və çətinlikləri həll etmək, müvafiq dəstək göstərmək;
  • Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini həyata keçirməsinə dəstək olmaq, texniki komanda ilə birgə problemləri həll etmək;
  • Büronun yeni məhsul və xidmətlərinin hazırlanması prosesində iştirak etmək;
  • Büroya daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq və cavab hazırlamaq;
  • Rəhbərliyinin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və s.);
  • Bank və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
  • Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
  • Excel proqramı üzrə əsas bacarıqlar (təkmil formulaları tətbiq etməklə məlumatların emalı, PivotTable-dən istifadə etməklə hesabatların hazırlanması və s.)
  • Vizuallaşdırma proqramları üzrə bacarıqlar üstünlükdür;
  • Xaricdə təhsil alması üstünlükdür.

Digər bacarıqları:

  • Peşəkarlıq və məsuliyyətlilik;
  • Analitik düşünmə;
  • Vaxtın idarəedilməsi;
  • Təqdimat hazırlama və geniş auditoriya qarşısında çıxış etmə;
  • Dinamik komandada işləmə;
  • Təşəbbüskarlıq,  nəticəyə fokuslaşma və problemi həll etmə.

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə e-mail ünvanına göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər