Kiçik Proqramçı
İş barədə məlumat:
– Proqram təminatını yazmaq;
– İşləri tələb olunan vaxtlarda yekunlaşdırmaq;
– Mövcud proqramların üzərində dəyişiklik etmək;
– Texniki şərtə uyğun alqoritm hazırlamaq və yazılacaq proqramın işləmə mexanizmini tərtib etmək;
– İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
– Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
– Əmək haqqı namizədin təcrübə və bacarığından asılı olaraq sınaq müddəti ərzində 300-500 azn
Namizədə tələblər
– Yaş həddi: 23-30 yaş
– Kompüter elmləri üzrə və ya müvafiq sahə üzrə ali təhsil
– Sahə üzrə Iş təcrübəsi və reallaşmış layihələrdə iştirak edən namizədlərə üstünlük verilir
– Səliqəli və oxunaqlı kod yazmaq bacarığı
– Java proqramlaşdırma dil bilikləri
– Rest web service, JavaScript, jQuery, SQL bilikləri
– Dil bilikləri: Azərbaycan dili səlis, Texniki ingilis dili bilikləri (minimum texniki sənədləşməni oxuma bacarığı)
– Riyazi düşüncə tərzinə malik olması
– Analitik düşünmə qabiliyyəti
– Komanda tərkibində işləmə bacarığı
– Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyillilik
Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində “Kiçik proqramçı ” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | İT |