12 C
Baku
Monday, November 4, 2024

Kiçik şəbəkə inzibatçısı – Aztelekom

0
Kiçik şəbəkə inzibatçısı – Aztelekom
09.10.2019

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

Aztelekom” MMC hazırda baş ofisə Kiçik şəbəkə inzibatçısı vəzifəsi üzrə işçi qəbulu elan edir.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Departament: İnformasiya texnologiyaları;
Şöbə: Məlumat sistemlərinin idarə edilməsi;
Vəzifə: Kiçik şəbəkə inzibatçısı.

Əsas vəzifə və öhdəlikləri:

• Şəbəkə avadanlıqlarının quraşdırılması;
• Şəbəkə avadanlıqlarının fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
• Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
• Nasazlıqları proqnozlaşdırmaq və aradan qaldırmaq;
• Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
• Şəbəkə dizaynını tərtib etməli, texniki tapşırıqların hazırlanması;
• Nasaz şəbəkə avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
• Şəbəkə infrasturkturu üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması;
• Avadanlıqların loqlarının və monitorinqinin daimi və düzgün şəkildə aparılmasını təmin etməli və bu prosesi nəzarətdə saxlamalıdır.
• Daimi şəbəkə problemlərini aradan qaldırmalı və şəbəkə bağlantısı problemlərini həll etməli.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• İT sahəsində ali təhsil;
• CCNA R&S sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
• Wireless texnologiyaları ilə bağlı fundamental biliklər;
• Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi;
• Yeni texnologiyaların öyrənilməsi bacarığı.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Kiçik şəbəkə inzibatçısı) qeyd etməyinizi xahiş edirik: E-ünvan: [email protected]
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər