11 C
Baku
Thursday, November 14, 2024

Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis – Bank BTB

0
Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis – Bank BTB
Bakı
06.10.2022

Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis

İş barədə məlumat:

Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;

Biznes kreditləri sifarişi etmiş müştərilərin müraciətlərini qəbul etmək, biznes yerlərinə baxış keçirmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin bizneslərinin  təhlilini aparmaq  ,kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək,  biznesin ümumi fəaliyyətinə dair hesabatlar hazırlamaq, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;

Kredit portfelini formalaşdırmaq və idarə etmək ;

Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.

Namizədə tələblər:

Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);

Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;

Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

Problemləri həll etmə bacarıqları;

Satış bacarıqları;

MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  müraciət etdikləri vəzifənin adını email-in mövzu hissəsində qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi