Kiçik xəzinədar/Xəzinədar – Ziraat Bank Azərbaycan ASC

    Bakı
    Posted 3 weeks ago

    “Ziraat Bank Azərbaycan” ASC Bakı və Sumqayıt Filiallarına Kiçik xəzinədar/Xəzinədar vəzifəsinə işə dəvət edir

    Vəzifəyə olan tələblər:

    • Ali təhsil;
    • Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
    • Kompüter bilikləri (MS Office, Internet);
    • Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

    Əsas vəzifələr:

    • Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
    • İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
    • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
    • Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
    • Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş xəzinədara təhvil verilməsi;
    • Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.

    Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədar” qeyd etməyiniz vacibdir.

    İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.