13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Kart məhsullarının yaradılması üzrə Menecer – Yelo Bank

0
Kart məhsullarının yaradılması üzrə Menecer – Yelo Bank
Bakı
12.10.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məhsulların inkişafı departamentində Kart məhsullarının yaradılması üzrə Menecer” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Kart məhsulları_Menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: Kart məhsullarının yaradılması üzrə Menecer
Bilavasitə tabeçiliyi: Departament rəhbəri və/ və ya İdarə Heyətinin müavini

Vəzifə öhdəlikləri:

– Yeni kart məhsulların “end to end” yaradılması və inkişafı;
– Elektron kommersiya (E-com/E-commerce) xidmətinin tədbiqi, inkişafı;
– Visa, Mastercard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni lahiyələrin müəyyənləşdırılməsi, tədbiqi və aparılması;
– ATM şəbəkəsinin genişləndirilməsi, bu xidmətlər üzrə yeni partnyorların cəlb edilməsində iştirak;
– Bank əməkdaşlıq etdiyi yerli ödəniş sistemi ilə (Azericard) əməkdaşlığın aparılması, inkişafı;
– Kart məhsullarının, Ekvairinq, POS terminal, ATM xidmətlərinin gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;
– Bankın kart məhsullarının stabil qaydada işlənməsini təmin etmək, yaranmış texniki səhvləri müəyyənləşdirmək, aradan qaldırmaq;
– Bank kartlarının anbarını idarə etmək və müvafiq biznes tələblərini bilərək lazımi sayda kartlarla bankı təmin etmək;
– Kart məhsulları və xidmətləri, E-com üzrə bankın tarif politikasının müəyyənləşdirilməsi;
– VTS (Visa token systems) xidmətinin bankda tədbiqi, nəzarəti, inkişafı;
– Tələb olunduğu halda Apple pay xidmətinin bankda tədbiqi, nəzarəti, inkişafı;
– Tələb olunduğu halda Visa Direct, Master Card Money send və digər olan layıhilərin aparılması, xidmətlərin tədbiqi, nəzarəti, inkişafı;
– Kart məhsullarına aid bütün bizness və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;
– Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;
– Kart məhsulları üzrə bazarın araşdırılması və onların nəticəsi əsasında məhsulların və xidmətlərin inkişafı;

Tələblər:

– Ali təhsil;
– Bank sahəsində minimum 3 il təcrübə;
– Kart məhsullarının inkişafı sahəsində minimum 2 il təcrübə;
– Ödəniş sistemləri (Visa, Master card, Azericard, Millicard) ilə iş təcrübəsi;
– E-commerce, VTS xidmətlərinin tədbiqində praktikanın olması qarşılanır;
– Biznes yönümlü;
– Analitik düçüncə;
– Problemləri həll etmək bacarığı;
– Yeni kart məhsullunun end to end yaradılması bacarığı;
– Komandada işləmək və idarəçilik bacarığı;
– Telescope sistemində işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X