7 C
Baku
Thursday, December 12, 2024

Kredit mütəxəssisi (Bakı) – Naxçıvanbank

0
Kredit mütəxəssisi (Bakı) – Naxçıvanbank
Bakı
15.10.2021

Bakı filialı vakansiyalar: 

  1. Bakı filialı – Kredit mütəxəssisi

“Naxçıvanbank” ASC Bakı filialına kredit mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Ümumi məlumat: 

Ölkənin stabil inkişaf tempinə malik banklarından olan “Naxçıvanbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

 

Öhdəliklər: 

  • Bankın kredit məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışının həyata keçirilməsi;
    ● Korporativ müştərilərin cəlb edilməsi;
    ● Kredit təhlili üzrə məlumatların yığılması, bankdaxili qaydalara uyğun olaraq qiymətləndirilməsi və      

   memorandumun yazılması;
● Kredit ödənişlərinə nəzarət edilməsi;
● Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqinin aparılması;
● Kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə edilən digər vəzifələrin həyata keçirilməsi.

Tələblər: 

  • Ali iqtisadi təhsil;
  • Dil bilikləri (rus, ingilis) arzuolunandır;
  • Təhliletmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Təqdimetmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı
  • Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
  • Kompyuterdə, MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
  • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Bakı filialı – kredit mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi