9 C
Baku
Friday, December 13, 2024

Kommersiya Layihələri üzrə Menecer – PASHA Bank

0
Kommersiya Layihələri üzrə Menecer – PASHA Bank
17.05.2019

Kommersiya Layihələri üzrə Menecer

Vəzifənin məqsədi

Strateji təşəbbüslərin səmərəli şəkildə reallaşdırılması üçün lazımi proseslərin, sənədlərin, prosedurların icrasına cavabdehdir.

Vəzifə öhdəlikləri

• Strateji təşəbbüslərin icrasına nəzarət və monitorinq 
• Layihə planlarının, qrafiklərinin, büdcəsinin saxlanılması və monitorinqi 
• Layihə çərçivəsində təşkilati məsələlərin həll olunmasını təmin etmək və layihə hədəflərinə çatılması üçün təşəbbüsün icrasına cəlb olunan komandaları təşkilatlandırmaq  
• Layihə idarə edilməsi üzrə standart alətlərin tətbiq edilməsi
• Təşəbbüs sponsoru, icraya məsul tərəfləri və təşəbbüsün icrasına cəlb olunmuş komandaları əldə olunan irəliləyiş və hədəflərə çatılması baxımından müntəzəm olaraq dialoqlar aparmaq və hədəflərə çatılmasına əmin olmaq. 
• Layihələrin icrası barədə hesabatların hazırlanmasına dəstək
• Layihə çərçivəsində rəhbərlik və müvafiq departamentlərlə kommunikasiyanın qurulması

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
• Tələb olunan iş təcrübəsi: Bank məhsulları və kreditləşdirmə sahəsində minimum 3 il 
• Bazar üzrə biliklər: Satış prosesləri və Bank işi bilikləri; Regional Bankçılıq/Mikromaliyyələşdirmə sahəsində bilik və təcrübə üstünlük qazanacaqdır  
• Başqa tələblər: Biznes prosesləri barədə biliklər. Effektiv ünsiyyət bacarığı (yazılı və şifahi).

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Kommersiya Layihələri üzrə Menecer” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR, Mühasibatlıq və Maliyyə