Komplayns üzrə aparıcı mütəxəssis
Əsas tələblər:
• Ali təhsil (iqtisadiyyat, maliyyə);
• Əlaqədar sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office proqramalarından, əsasən MS Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
• Rus və ingilis dili bilənlərə üstünlük verilir;
• Analitik təhlil bacarığı.
Vəzifə və öhdəliklər:
– Komplayns riskləri ilə bağlı halların aşkarlanması, onların yaranma ehtimalının müəyyən edilməsi, mümkün risklərin qiymətləndirilməsi;
– Bankda komplayns riskinin səviyyəsinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksinin əlaqələndirilməsi və hazırlanmasında iştirak;
– Bankın daxili sənədlərində nəzərdə tutulan komplayns riskinin idarə edilməsi ilə əlaqəli hüquqi bazada (qanunlar, digər normativ aktlar, fəaliyyət standartları və s.) dəyişikliklərin monitorinqi;
– Görülmüş işlər barədə təqdimat və hesabatlar hazırlamaq;
– Nəzarət sistemin effektivliyinin artırılması üçün təkliflər vermək.
Əlavə məlumat:
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi 29 fevral 2020-ci il tarixinədək [email protected] və [email protected] elektron poçtuna göndərə bilərsiniz.
• Email-in mövzu hissəsində “Komplayns aparıcı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |