Bakı
24.11.2021
İşin təsviri:
- Daxili Audit Standartlarına və Qrup təlimatlarına uyğun olaraq hərtərəfli daxili audit siyasətlərini, prosedurlarını və risk qiymətləndirmələrini hazırlamaq, həyata keçirmək və saxlamaq.
- Uyğun və dəqiq audit prosesinə nəzarət etmək və istiqamətləndirmək;
- Audit layihəsi üzrə tabeliyində olan işçilərin işinə nəzarət etmək, yönəltmək və məsuliyyətləri təyin etmək;
- Daxili nəzarətin effektivliyini təmin etmək;
- Məlumat toplamaq üçün hesabatlar, bəyanatlar və qeydlər daxil olmaqla sənədləri yoxlamaq;
- Audit nəticələrini hazırlamaq və Departamentinin direktorununa təqdim etmək. Test işləri başa çatdıqdan sonra baş auditor yerinə yetirilən test işinin nəticələrini ifadə etməli / hesabat verməli və nəticələri (o cümlədən problemləri) aydın, qısa və kontekstli formada sənədləşdirməlidir;
- Audit layihələri üzrə yekün hesabatların hazırlanması;
- Daxili Audit Departamentinin direktorunun göstərişi ilə Daxili Audit Departamentinin fəaliyyəti haqqında icmal hesabatların hazırlanmasına köməklik etmək;
- Daxili Audit Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Ali iqtisadi və ya hüquq təhsili (digər sahələr üzrə Ali təhsil olduqda müvafiq sahələrdə ən azı 10 il iş təcrübəsi);
- Müvafiq iş təcrübəsi: 10 ildən artıq ümumi iş təcrübəsi, bunun 5 ildən çoxu auditlə bağlı vəzifələrdə və azı 2 il audit menecer vəzifədə;
- İstehsal sektorununda iş təcrübəsi üstünlükdür;
- CIA və ya ACCA mütləqdir;
- CFSA / CPA / CIMA / CISA / CFA (L1) üstünlükdür;
- Big4 və ya hər hansı aparıcı konsaltinq firması ilə əvvəlki təcrübə üstünlükdür.
- Layihənin icrası ilə bağlı güclü bacarıqlar, o cümlədən: tapşırıqların prioritetləşdirilməsi, çoxsaylı layihələr arasında iş yükünün tarazlaşdırılması, növbəti addımların gözlənilməsi, dəyişən vəziyyətlərə və layihənin əhatə dairəsinə uyğunlaşma;
- Böyük təşkilatların idarə edilməsi prinsipləri, həmçinin mühasibat uçotu və maliyyənin prinsip və təcrübələri haqqında biliklər;
- İstehsal sektorunu tənzimləyən normativ sənədləri bilməsi arzuolunandır;
- Audit prosedurlarının yerinə yetirilməsi üçün müvafiq sektor və biznes prosesləri haqqında biliklər;
- Kommersiya mühitində idarəetmə prinsiplərini mükəmməl başa düşmək;
- Detallara yüksək diqqət və əla analitik bacarıqlar;
- Ünsiyyət bacarıqları;
- İşçilərə nəzarət etmək, onlara rəhbərlik etmək və onları ruhlandırmaq bacarığı;
- Müstəqil və ya komanda daxilində, az və ya heç bir nəzarət olmadan işləyə və ardıcıl müstəsna iş yarada bilən;
- Audit standartları və prosedurları, qanunlar, qaydalar üzrə sübut edilmiş biliklər;
- MS Office, mühasibat proqramları və verilənlər bazaları üzrə qabaqcıl kompüter bacarıqları;
- Böyük həcmdə verilənlər bazaları üzrə manipulyasiya etmək və ətraflı hesabatlar yaratmaq bacarığı;
- İşgüzar Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
- Ağlabatan müstəqil mühakimə.
Cavabdehlik:
- Nəzarət mühiti ilə bağlı təminat və məsləhətlərin verilməsi. Buraya risk və məlumat idarəetməsi, eləcə də bütün sistemlərdə daxili nəzarət daxildir;
- Dəqiqlik və ardıcıllıq üçün komanda üzvlərinin performansını yoxlamaq;
- Effektiv risk və nəzarət qiymətləndirməsini həyata keçirmək;
- Auditləri vaxtında başa çatdırmaq və hesabatları audit menecerinə təqdim etmək;
- Audit nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq;
- İşgüzar səfərlər həyata keçirtmək;
- Biznesin bütün müvafiq daxili tələblərə, sənaye qaydalarına və hökumət qanunvericiliyinə uyğun olmasını təmin etmək.
Xüsusi tələblər:
- Sürücülük vəsiqəsi – B” kateqoriyası olması mütləqdir;
- Şəxsi avtomobilin olması mütləqdir.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |