20 C
Baku
Saturday, September 28, 2024

Korporativ hüquq şöbəsinin müdiri – Avant Group MTK

0
Korporativ hüquq şöbəsinin müdiri – Avant Group MTK
Bakı
11.06.2024

Tələblər:

  • Ali hüquqi təhsil;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini dilən namizədlərə üstünlük verilir);
  • Korporativ hüquq sahəsində 5 il təcrübəsi, bundan minimum 2 il hüquq işləri üzrə menecer/söbə müdiri ;
  • Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını bilməli;
  • Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli;
  • Komandada işləmək bacarığı.
  • Professional etika və müsbət şəxsi keyfiyyətlər;
  • Məsuliyyətlilik;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətdaxili təlimat, qayda və prosedur layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
  • Qanunvericilik aktlarının və şirkətdaxili normativ sənədlərinin uçotunu aparmaq;
  • Şirkətin aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
  • Şirkətdaxili hüquqi sənədlərin sistemləşdirilməsi və uçot qaydalarını həyata keçirmək;
  • Təsisçilərin Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
  • Şirkətin hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;
  • Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
  • Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;
  • Şirkət rəhbərliyinə hesabatların verilməsi

İş şəraiti:

  • İş saatı: 09-30-dan 18-30-dək;
  • İstirahət: Şənbə və  bazar günü.
  • İş yeri – Çiraq Plaza
  • Nahar şirkət tərəfindən verilir.
  • Korporativ nömrə verilir.

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq