5 C
Baku
Saturday, December 14, 2024

Korporativ hüquq xidmətinin rəhbəri – PAŞA Sığorta

0
Korporativ hüquq xidmətinin rəhbəri – PAŞA Sığorta
Bakı
16.03.2020

“PAŞA Sığorta” ASC namizədləri Korporativ hüquq xidmətinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Paşa Sığorta ASC-də idarəetmənin hüquqi əsaslarının təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlayır, yaxud hazırlanmasında iştirak edir, struktur bölmələrin qanunvericiliyə zidd qərarlarının ləğvi, yaxud dəyişdirilməsi ilə bağlı təkliflərlə rəhbərlik qarşısında çıxış edir;
• Paşa Sığorta ASC-nin struktur bölmələrində və qurumlarda hüquqi təminat və marifləndirmə işlərinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir, bu məqsədlə struktur bölmələrin əməkdaşları üçün seminarlar təşkil edir, habelə iclaslar keçirir;
• Sığorta sahəsində normativ hüquqi aktların sistemləşdirilmiş uçotunu aparmaq və külliyyatını hazırlamaq, habelə Paşa Sığorta ASC-nin hüquqi aktlarının elektron ehtiyatının təşkili və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətə metodiki rəhbərlik etmək,
• Sığorta sahəsində normativ hüquqi tənzimlənmənin, Paşa Sığorta ASC-nin struktur bölmələrində və qurumlarında idarəetmənin təkmilləşdirilməsi, barədə təkliflərin hazırlanmasında iştirak etmək;
• Paşa Sığorta ASC-nin normativ sənədlər fondunun tamamlanması, Korporativ Hüquq Xidmətindəki hüquqi ədəbiyyat kitabxanasına zəruri ədəbiyyatın, məlumat-sorğu kitabçalarının, bülleten və digər dövri hüquqi nəşrlərin toplanılması üçün tədbirlər görmək;
• Paşa Sığorta ASC-nin struktur bölmələrində qanunçuluğa riayət olunmasının, hüquqi təminat işlərinin vəziyyətini təhlil etmək, bu işlərin təkmilləşdirilməsinə və səmərəli təşkil edilməsinə dair təkliflər hazırlayıb aidiyyəti üzrə rəhbərliyə təqdim etmək və s.;

BİLİKLƏR

• Ali hüquqi təhsil;
• Dil bilikləri: Yazılı və şifahi Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmə;
• Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
• Hüququn mülki, mülki-prosessual, əmək, maliyyə sahələrini yaxşı bilmə, digər sahələrdə orta biliklər.

TƏCRÜBƏ

• Bu sahədə azı 7 il iş təcrübəsi

BACARIQLAR

• Çətin şəraitdə işləmək bacarığı;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətlilik;
• Təşəbbüskarlıq.

Son müraciət tarixi: 13 aprel, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaHüquq, Sığorta