9 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Korporativ işlər üzrə Hüquqşünas – Bakı Sığorta

0
Korporativ işlər üzrə Hüquqşünas – Bakı Sığorta
Bakı
25.01.2021

“Bakı Sığorta” ASC “KORPORATİV İŞLƏR ÜZRƏ HÜQUQŞÜNAS” vəzifəsinə işçi axtarışı elan edir.

Bu vəzifənin əsas məqsədi təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsi, məhkəmə və mülki işlərin idarə edilməsidir.

Əsas vəzifə öhdəlikləri:

• Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Bütün struktur bölmələrə, o cümlədən filial və nümayəndəliklərə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktlarin göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
• Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək və bununla bağlı rəy vermək;
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Hüquq sahəsi üzrə azı üç il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
• Mülki, mülki-prosessual, İnzibati, inzibati-prosessual, həmçinin sığorta qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Regionlara səfər etmək imkanına malik olmaq;
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

İş şərtləri

Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
“Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 15 fevral 2021-ci il tarixinədək [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaHüquq, Sığorta