Bakı
10.01.2024
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 22 yanvar 2024-cü il
Vəzifə Öhdəlikləri:
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarının müvafiq prosedur və qaydalara uyğun təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsini təmin etmək;
- İclaslar üçün tələb olunan məlumatları Şirkətin funksional bölmələrindən əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qərarlarının reyestrini aparmaq, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək və icra vəziyyəti barədə məruzə etmək;
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarılması barədə qərar vermək
- Şirkətin korporativ idarəetmə standartlarına uyğun fəaliyyətinin təmin etmək və korporativ idarəetmə strategiyasının icra edilməsində iştirak etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Korporativ katiblik sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: əla.
- Üstünlüklər: Maliyyə və ya dövlət qurumlarında katiblik şöbəsində və rəhbər vəzifələrdə təcrübə olanlara üstünlük veriləcəkdir.
- Kompüter bilikləri: MS Office: əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |