“PASHA Bank” ASC Korporativ Kommunikasiya Əməliyyatları üzrə Mütəxəssis vakansiyasını elan edir.
İŞ BARƏDƏ MƏLUMAT:
Bankın ümumi biznes planı əsasında departamenting taktiki planının hazırlanmasına tövhə vermək, planın zaman və büdcəyə uyğun şəkildə v effektiv tətbiq edilməsinin monitorinqi, KPİ-ların mütəmadi monitorinqi, üçüncü tərəf öhdəlikləri və hesabatlarının təqdim edilməsi daxil olmaqla, departamentin ümumi əməliyyatlarının planlaşdırılması, monitorinqi və onlara nəzarət edilməsi üçün cavabdehdir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Xarici və Daxili kommunikasiya planlarına əsaslanan, təhvil verilməli işlər və müvafiq müddətlərdən ibarət departament üzrə ümumi taktiki planın hazırlanması və maksimum səmərəliliyin qorunub saxlanması üçün gündəlik əməliyyat və büdcə baxımından onun həyata keçirilməsinin monitorinqi (mütəmadi olaraq departament üzrə əsas fəaliyyət göstəricilərinin izlənilməsi daxil olmaqla)
• Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kommunikasiya üzrə kiçik mütəxəssis tərəfindən razılaşdırılmış müddətlər çərçivəsində düzgün şəkildə hazırlanılması və təhvil verilməsinin təmin edilməsi
• Bankın marketinq fəaliyyətlərinin biznes və dəstək baxımından qarşılanması üçün Korporativ Kommunikasiya departamentin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, və büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət ediməsi və monitorinqi. Korporativ Kommunikasiya departamentinin büdcəsinin planlaşdırılmış və xərclənmiş məbləğ üzrə müqayisədə təsdiq edilməsi
TƏLƏB OLUNANLAR:
• Təhsil: Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və digər müvafiq sahə üzrə bakalavr təhsili
• İş təcrübəsi: Maliyyə və/və ya təşkilati idarəetmə üzrə ən az 3 il iş təcrübəsinə üstünlük verilir
• Lisenziya/Sertifikat: CIM (4) – (Britaniya Marketinq İnstitutu)
• Xarici dil bilikləri: ingilis dili (sərbəst)
• Kompüter bilikləri: MS Office proqramları
• Digər: Yüksək ünsiyyət və danışıq qabiliyyəti, təşkilatı bacarıqlar. Planlar hazırlanması, vaxtın və şöbə büdcəsinin effektiv şəkildə idarə edilməsi üzrə bacarıqlar
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 17.06.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Korporativ Kommunikasiya Əməliyyatları üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Korporativ kreditlər |