Korporativ kreditlər üzrə baş mütəxəssis – AFB Bank

    Bakı
    Posted 6 months ago

    AFB Bank Satış Strukturunun Korporativ kreditlər üzrə baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

    Vəzifə: Baş mütəxəssis

    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

    Ünvan: Bakı şəhəri.

     NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

    • Ali təhsil;
    • Ən az 3 (üç) il bank təcrübəsinin olması (korporativ satış strukturlarında);
    • Mükəmməl Azərbaycan dili bilikləri (Rus və İngilis dilini bilənlərə üstünlük verilir);
    • MS Office proqramlarında işləmək bacarığı;
    • Şəffaflıq və Etik qaydalara əməl etmək;
    • Ünsiyyət qurmaq və Problem həlletmə bacarığı;
    • Strateji və Analitik düşünmə qabiliyyəti;
    • Komandada işləmək bacarığı;
    • Müştəri bazasını idarəetmə bacarığı;

     

    İŞİN TƏSVİRİ:

    • Bankdaxili qayda və prosedurlara  uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
    • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
    • Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;
    • Fəaliyyəti zamanı imzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl etmək və bu məlumatların bilavasitə tabeçiliyində olan əməkdaşlar tərəfindən yayılmamasına nəzarət etmək;
    • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
    • Formalaşdırmış kredit portfelinin idarə olunmasında və keyfiyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;
    • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanmasını təmin etmək;

     

    Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

     

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.