Bakı
03.02.2021
AFB Bank Satış Strukturunun Korporativ kreditlər üzrə baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Ən az 3 (üç) il bank təcrübəsinin olması (korporativ satış strukturlarında);
- Mükəmməl Azərbaycan dili bilikləri (Rus və İngilis dilini bilənlərə üstünlük verilir);
- MS Office proqramlarında işləmək bacarığı;
- Şəffaflıq və Etik qaydalara əməl etmək;
- Ünsiyyət qurmaq və Problem həlletmə bacarığı;
- Strateji və Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Müştəri bazasını idarəetmə bacarığı;
İŞİN TƏSVİRİ:
- Bankdaxili qayda və prosedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Fəaliyyəti zamanı imzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl etmək və bu məlumatların bilavasitə tabeçiliyində olan əməkdaşlar tərəfindən yayılmamasına nəzarət etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırmış kredit portfelinin idarə olunmasında və keyfiyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanmasını təmin etmək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |