Korporativ satış şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

    Posted 1 year ago

    Korporativ satış şöbəsinin mütəxəssisi

    Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır:

    Namizədə tələblər

    • Yaş: 23-35 
    • Təhsil: Ali
    • İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
    • Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)

    Şəxsi keyfiyyətlər 

    • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
    • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
    • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
    • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
    • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

    Əsas vəzifə öhdəlikləri

    • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
    • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
    • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
    • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
    • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
    • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

    İş şərtləri

    • Əmək müqaviləsi bağlanılır
    • İş vaxtı 09:00 – 18:00
    • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
    • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
    • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
    • Sabit əmək haqqı sınaq müddətində 400 AZN
    • Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

    Məlumatlandırıcı qeydlər

    • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
    • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
    • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
    • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
    • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
    • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
    • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
    • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

    Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz  CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

    Job Features

    Job CategorySığorta

    Apply Online