24 C
Baku
Saturday, June 14, 2025

Korporativ satış şöbəsinin rəhbəri – Xalq Sığorta

0
Korporativ satış şöbəsinin rəhbəri – Xalq Sığorta
Bakı
12.06.2025

İşin təsviri

Namizədə dair gözləntilər, bilik və bacarıqlar: 

  • Ali təhsil (iqtisadiyyat, biznes, maliyyə və ya əlaqəli sahə üzrə);
  • Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür;
  • Korporativ müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsulu təklif etmək bacarığı;
  • Bazar araşdırması və potensial müştəri axtarışı metodlarını bilmək;
  • Satış texnikaları və effektiv danışıqlar aparmaq bacarığı;
  • Müqavilə şərtlərinin hazırlanması və peşəkar təqdimatının həyata keçirilməsi;
  • Yüksək kommunikasiya, təqdimat və nəticə yönümlü iş bacarığı;
  • Müştəri yönümlü düşüncə və komandada işləmək bacarığı;
  • Müştəri münasibətlərinin idarə olunması üzrə biliklər (CRM əsasları).

Vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştəri bazasının qurulması və mövcud portfelin inkişaf etdirilməsi;
  • Korporativ müştərilərə sığorta məhsullarının təqdimatı və satışı;
  • Müştəri ehtiyaclarının təhlili və uyğun sığorta həllərinin hazırlanması;
  • Sığorta müqavilələrinin bağlanması və satış sonrası dəstəyin təmin olunması;
  • Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin mütəmadi hesabatlaşdırılması;
  • Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin hazırlanması;
  • Şirkətin satış və marketinq tədbirlərində aktiv iştirak;
  • Komandanın idarə olunması və satış proseslərinə rəhbərlik edilməsi;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri;
  • İmtiyazlar: Könüllü tibbi sığorta;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış şöbəsinin rəhbəri) qeyd edərək, [email protected] qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta