Struktur bölmə : Satış departamenti, Korporativ sığorta şöbəsi şöbəsi
Vəzifə : Assistent
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 31 iyul 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Şöbənin ümumi fəaliyyətinin dəstəklənməsi məqsədilə köməkçi funksiyaları yerinə yetirmək;
2. Birbaşa rəhbərin göstərişinə əsasən sığorta müştərilərə təklifləri hazırlanmasını təmin etmək;
3. Müştərilərlə görüşləri təyin etmək, zəng və email vasitəsilə əlaqə saxlayıb sığorta müqavilələrini və şəhadətnamələri yenilənməsi üçün məlumatları əldə etmək, müştərilərin məlumat bazasının təkmilləşdirilməsi üzrə fəaliyyətin həyata keçirilməsində iştirak etmək;
4. Müştəri məlumatların bazaya daxil etmək şöbə daxili sənədlərin qaydasında olmasını və şöbənin əməkdaşlarına köməkçi funksiyaları yerinə yetirmək;
5. Müştərilərin iddia və təkliflərini araşdırmaq, lazım gələrsə digər şöbələrlə müzakirə etmək;
6. Müştərilər tərəfindən daxil olmuş sığorta xidməti ilə əlaqəli sorğulara cavab verilməsini təmin etmək;
7. Müştərilərə sığorta məhsulunun tam izah edilib sığorta haqqının cəlb edilməsini təmin etmək;
8. Şöbəyə aid sənədləri və ərizə formalarını müvafiq struktur bölmələrdən və müştərilərdən almaq;
9. Satışdan öncə və satışdan sonra xidmətin həyata keçirilməsini təmin etmək;
10. Debitor borcların toplanması məqsədilə fəaliyyət göstərmək;
11. Sektor müdiri ilə razılaşdırılmış hesabatları Cəmiyyətin müvafiq strukturlarına təqdim etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Tələb edilmir
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb edilir
Dil bilikləri Azərbaycan və rus dillərini yüksək səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri : MS Office
Üstünlüklər : Müştəri xidmətləri sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, təsir göstərmə, münasibət yaratma
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası:
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Korporativ sığorta şöbəsinin assistenti vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |