27 C
Baku
Saturday, July 27, 2024

Korporativ Xidmətlər Departamentinin Rəhbəri – İcbari Sığorta Bürosu

0
Korporativ Xidmətlər Departamentinin Rəhbəri – İcbari Sığorta Bürosu
Bakı
10.05.2023

İş yeri: Bakı.

Vəzifə öhdəlikləri:

  • Departament rəhbəri Büronun strateji və əməliyyat idarəedilməsi proseslərinin dəstəklənməsini və onun missiyasının effektiv həyata keçirilməsini təmin etmək;
  • Strateji və əməliyyat planlarının hazırlanması işinin təşkil edilməsi və icrası barədə  hesabatların hazırlanmasını təmin etmək;
  • Planların icrası üzərində monitorinq aparılmasını təşkil etmək;
  • Biznes proseslərinin müəyyən olunmasına, optimizasiyasına və onların icrasına nəzarət etmək;
  • Struktur bölmələr üzrə müvafiq KPİ-ların hazırlanmasını və icrasını təşkil etmək;
  • Hüquq işinin həyata keçirilməsi və onun fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, habelə Büronun normayaratma fəaliyyətinin effektiv koordinasiya edilməsinə nəzarət etmək;
  • İnsan resurslarının idarə edilməsi siyasətinə və strateji hədəflərinə müvafiq olaraq onun davamlı dinamik inkişafına xidmət edən insan kapitalının formalaşdırılması, inkişaf etdirilməsi və qorunub saxlanılmasını təmin etmək;
  • Təsərrüfatçılıq fəaliyyətinin lazımi səviyyədə təşkil edilməsinə, Büroda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və qorunmasına, sanitariya və gigiyena norma və standartlarının tətbiqinin təmin edilməsinə nəzarət etmək;
  • Rəhbərliyin tapşırığı ilə fəaliyyət istiqamətləri üzrə digər işlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Tabeliyində olan işçilərin əmək funksiyalarının icrasına nəzarət edir və onlara müvafiq göstərişlər vermək;
  • Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Büronun fəaliyyətinə və işçilərinə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə operativ tədbirlər görmək;

Əmək haqqı: razılaşma yolu ilə.

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaSığorta