11 C
Baku
Monday, November 25, 2024

“Kredit Evi” QSC – İnsan Resursları üzrə mütəxəssis  

0
“Kredit Evi” QSC – İnsan Resursları üzrə mütəxəssis  
Kredit evi
16.09.2019

“İR üzrə mütəxəssis” üçün tələblər:

Yaş həddi: 22-35 yaş

Cins: Qadın

Təhsili: Ali təhsil;

İş təcrübəsi: müvafiq sahədə 1 ildən yuxarı;

Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;

Komputer bilikləri: MS Office proqramlarını – xüsusilə Word və Excel (1C-8.3 versiyanı bilənlərə üstünlük verilir)

 Bilik və bacarıqlar:

  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmə bacarığı;
  • Əmək məcəlləsini mükəmməl bilməli;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.

 

Vəzifə öhdəlikləri: 

 

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən işə qəbul və işdən azad olunan işçilərin sənədləşməsinin həyata keçirilməsi;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması;
  • Elektron hökumət portalında işləmək bacarığı;
  • Əmək müqavilələrinin hazırlanması; 
  • Əmək kitabçalarının yazılması;
  • Vəzifə təlimatlarının hazırlanması; 
  • Dövlət Qurumlarının tələb etdiyi hesabatların hazırlanması;
  • Vakansiyaların tərtib edilməsi və müxtəlif saytlarda yerləşdirilməsi;
  • CV-ləri dəyərləndirmək və ehtiyat bazası yaratmaq;
  • Digər kargüzarlıq işlərinin icra olunması.



Əlavə şərtlər: 

 

  • Həftədə 6 iş günü: Həftə içi 5 gün  09:00 – 18:00, Şənbə günü 10:00-14:00;
  • AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
  • Əmək haqqı danışıq əsasında.



     Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   [email protected] ünvanına göndərə bilərlər.

    Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını (HR) e-məktubunuzun mövzu hissəsində göstəri. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR)