Vəzifə: Kredit İdarəsinin Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
İqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə magistr təhsilin olması;
Bank sahəsində (kredit məhsullarının yaradılması və biznes proseslərin idarə olunmasında) minimum 2 il iş təcrübəsi;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Visio-dan istifadə bacarığı;
Analitik düşüncə, novatorluq və yüksək təqdimat bacarığı;
Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Xarici dil bilikləri (rus və ingilis) arzu olunandır.
İŞİN TƏSVİRİ:
Yeni kredit məhsullarının işlənib hazırlanmasının və tətbiqinin həyata keçirilməsi, mövcud olan biznes proseslərin təhlili və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes proseslər üzrə metodologiyanın və texniki tapşırıqların yazılması, biznes proseslərin xəritəsinin və blok-sxeminin hazırlanması;
Kredit məhsulları üzrə yeni satış kanallarının yaradılması, mövcud satış kanallarının inkişaf etdirilməsi, rəqabətqabiliyyətliliyini itirmiş kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və ya ləğv olunması barədə təkliflərin verilməsi;
Bankın kredit məhsulları üzrə biznes proseslərın avtomatlaşdırılmasına və Bankın proqram təminatın optimallaşdırılmasına dair təkliflərin verilməsi və proseslərin avtomatlaşdırılması üzrə testlərin icra edilməsi;
Yeni kredit məhsullarını işlənib hazırlanmasını, tətbiqini və biznes proseslərin optimallaşdrılmasının Bankın digər struktur bölmələri ilə əlaqəlı şəkildə təşkil edilməsi;
Bankın kredit portfelinin keyfiyyətli artımının təmin edilməsi məqsədilə bazarda kredit ehtiyaclarının araşdırılması və yeni kredit məhsullarının bazar dəyərinin və effektivliyinin müəyyən edilməsi üçün analitik həllərinn tətbiq edilməsi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |