10 C
Baku
Thursday, December 11, 2025

Kredit mütəxəssisi (Cənub regionları) – “İnternational” BOKT

0
Kredit mütəxəssisi (Cənub regionları) – “İnternational” BOKT
Ağcabədi, Ağdam, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, Göyçay, İmişli, Lənkəran, Masallı, Mingəçevir, Qazax, Quba, Sabirabad, Şabran, Salyan, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Xaçmaz, Yevlax
09.12.2025

“İnternational” BOKT ASC cənub regionlarımız üzrə (Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı , Astara, Ağdam, Tərtər, Ağcabədi, Bərdə, Qazax, Tovuz, Şəmkir, Gəncə , Goranboy, Quba, Xaçmaz, Şabran, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Beyləqan, İmişli ,Sabirabad , Şirvan , Səlyan) Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik

Vəzifə öhdəlikləri

  • Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin  cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Tələblər:

  • Ali təhsil və ya orta ixtisas təhsil;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Ə/h: 400-800 Azn ( və bonuslar)

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək  istədiyiniz filialı qeyd edərək (məsələn  “Kredit mütəxəssisi Masallı filialı”, Kredit mütəxəssisi Astara filialı”), elektron poçt ünvanına ( [email protected] )  CV göndərmələri xahiş olunur.

 

 

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi