GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Astara və Lənkəran filialları üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas Vəzifələr:
– Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;
– Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;
– Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;
– Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;
– Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;
– Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
– Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
– Ali və ya natamam ali təhsil;
– Fərdi və komanda şəklində işləmə bacarığı;
– Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);
– Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
– Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;
– Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.
İş Qrafiki və Təkliflər:
İş günləri: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00;
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
Əlavə olaraq əməkhaqqının iki misli qədər bonus qazanmaq imkanı.
Müraciət Qaydası:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini “Kredit üzrə mütəxəssis (Astara və ya Lənkəran filialı qeyd etməklə)” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd:
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Əlaqə Məlumatları:
Telefon: (+994 51) 206 69 05
Vebsayt: www.sizinlombard.az
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |