4 C
Baku
Sunday, January 18, 2026

Kredit mütəxəssisi – İnternational Kredit Təşkilatı

0
Kredit mütəxəssisi – İnternational Kredit Təşkilatı
Bakı, Sumqayıt
16.01.2026

Vakansiyanın təsviri

“İnternational” BOKT ASC Bakı və Sumqayıt filialları üzrə (Əcəmi, İnşaatçılar, Binəqədi, Bakıxanov, Əhmədli, Gənclik, Qarayev, Sumqayıt, Xırdalan, Masazır) Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik

  • Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin  cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Xüsusi tələblər

  • Ali təhsil və ya orta ixtisas təhsil;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Ə/h: 400-800 Azn (və bonuslar)

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək  istədiyiniz filialı qeyd edərək (məsələn  “Kredit mütəxəssisi Əhmədli filialı”, Kredit mütəxəssisi Binəqədi filialı”), elektron poçt ünvanına ( [email protected] )  CV göndərmələri xahiş olunur.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi