“İnternational” BOKT ASC Qərb regionlarımız üzrə (Qazax, Tovuz, Şəmkir, Gəncə , Goranboy) Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik
Vəzifə öhdəlikləri
- Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
- Ali təhsil və ya orta ixtisas təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Ə/h: 400-800 Azn
Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək istədiyiniz filialı qeyd edərək (məsələn “Qazax mütəxəssisi Tovuz filialı”, Kredit mütəxəssisi Xaçmaz filialı”), elektron poçt ünvanına ( [email protected] ) CV göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Bank və BOKT işçisi, Kredit işçisi |

