Vakansiyanın təsviri
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
- Maaş: Müsahibə əsasında
- Kreditlərin strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizə və limitlərinin anderraytinqinin təmin edilməsi;
- Kredit komitəsi və ya birbaşa kredit risklərinin anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması;
- Müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi;
- Xidmət səviyyəsi müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icrası.
Xüsusi tələblər
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Ali təhsil
• Yaş: 21 — 40 yaş
• Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
• Cins: kişi
• Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir.
• Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Kredit Risk Anderrayteri” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Kredit işçisi |