Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis – PASHA Bank

    Posted 1 year ago

    Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis

    Vəzifənin məqsədi

    Bankın kredit risk fəaliyyətinə təsir edən əsas risk indikatorlarının kəmiyyət və keyfiyyət baxımından ətraflı analizinə cavabdehlik.

    Vəzifə öhdəlikləri

    • Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi 
    • Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi
    • Kredit portfelinin icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi
    • Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi
    • Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu

    Tələb olunan bilik, bacarıq və təcrübə

    • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
    • İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən azı 2 il iş təcrübəsi 
    • Xarici dil: İngilis dili (səlis)
    • Kompüter bilikləri: Microsoft Office

    Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

    Job Features

    Job CategoryRisk menecer

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları