11 C
Baku
Thursday, November 14, 2024

Kredit riskləri üzrə aparıcı mütəxəssis / baş mütəxəssis / şöbə müdiri – Bank Respublika

0
Kredit riskləri üzrə aparıcı mütəxəssis / baş mütəxəssis / şöbə müdiri – Bank Respublika
Bakı
20.12.2022

Vakansiyanın təsviri

  • Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi, hesabatların hazırlanması;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsində iştirak  etmək və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Skorinq modellərinin hazırlanmasında, test və tətbiq edilməsində iştirak  etmək və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılmasında iştirak etmək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.

Xüsusi tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Risk sahəsi (xüsusilə kredit riskləri) üzrə sertifikatların olması üstünlükdür;
  • Kredit risklərinin idarə edilməsi üzrə minimum 1 il, o cümlədən Mərkəzi Bankın hesablama qaydası və İFRS9 standartı əsasında kreditlər üzrə ehtiyatların hesablanması üzrə təcrübə;
  • Kredit komitələrində iştirak və biznes risklərin təhlili üzrə təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi