12 C
Baku
Wednesday, December 11, 2024

Kredit sahəsində Təcrübə proqramı

0
Bakı, Sumqayıt, Xırdalan
13.09.2023
Təcrübə proqramı

“İNTERNATİONAL BOKT” ASC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.

Təcrübə müddəti 3 aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar.

Təcrübə  ( Bakı,Sumqayıt və Xırdalan şəhərləri) əhatə edəcək.

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq

  •  Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  •  Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  •  Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
  •  Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

Tələblər:

Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə və oxşar sahələri üzrə ali təhsil və orta ixtisas təhsili almış gənclər müraciət edə bilərlər.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

  •  Məntiqi və analitik düşünmə qabiliyyəti;
  •  Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
  •  Ünsiyyət və təqdimat bacarığı.

Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək,  [email protected]  ünvanına CV (foto mütləqdir) göndərməlidirlər.

 

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi