2 C
Baku
Thursday, February 12, 2026

Kredit sahəsində təqaüdlü təcrübə proqramı – “İnternational” BOKT

0
Kredit sahəsində təqaüdlü təcrübə proqramı – “İnternational” BOKT
Bakı, Sumqayıt
02.02.2026
Təcrübə proqramı

“İNTERNATİONAL BOKT” ASC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün Bakı, Abşeron və Sumqayıt  filiallarımızda (Əcəmi, İnşaatçılar, Binəqədi, Bakıxanov, Əhmədli, Gənclik, Qarayev, Sumqayıt, Xırdalan, Masazır)   təqaüdlü təcrübə keçmək imkanı yaradır. Təcrübə müddəti 2 aydır. Təcrübəçi kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar. İşin təsviri aşağıdakılardan ibarətdir

  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək
  • Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin  cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək
  • Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

Tələblər:

  • Ali təhsil və ya orta ixtisas təhsil;
  •  Məntiqi və analitik düşünmə qabiliyyəti;
  •  Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
  •  Ünsiyyət və təqdimat bacarığı.
  •  İşsiz statusunda olmalı

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində vəzifənin başlığını və başlamaq istədiyiniz filialı qeyd edərək (məsələn  “Kredit sahəsində təqaüdlü təcrübə proqramı Binəqədi”), elektron poçt ünvanına ([email protected] )  CV göndərmələri xahiş olunur.

 

 

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Təcrübə proqramları