“Ziraat Bank Azərbaycan” ASC Kredit Təhlili Departamenti Aparıcı/ Baş mütəxəssis vəzifələrinə işə dəvət edir.
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil;
• 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
• Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
• Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
• Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
• CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
• Kompüter bilikləri (MS Office, Internet).
Əsas vəzifələr:
Korporativ müştərilər üzrə geniş təhlil və monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 19-na qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |