“Bank Respublika” ASC “Kredit üzrə arxa ofis mütəxəssisi (Quba filialı)” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
• Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
• Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
• Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
• Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla (yazılı və şifahi);
• Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 iyul 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit üzrə arxa ofis mütəxəssisi (Quba filialı)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Kredit işçisi |