Bank Respublika ASC “Kredit üzrə arxa ofis mütəxəssisi (Sumqayıt Filialı)” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
• Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
• Qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
• Kredit qovluğunu və onun elektron fotosurətini yaratmaq;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə və bankdaxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil (maliyyə və iqtisadiyyat üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə 1illik iş təcrübəsi;
• Azərbaycan dili əla (yazılı və şifahi );
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit üzrə arxa ofis mütəxəssisi (Sumqayıt Filialı)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |