25 C
Baku
Sunday, July 21, 2024

Kredit və bazar riskləri şöbəsinə baş mütəxəssis – Rabitabank OJSC

0
Kredit və bazar riskləri şöbəsinə baş mütəxəssis – Rabitabank OJSC
Bakı
13.04.2023

Əsas vəzifələr:

  • Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;
  • Mərkəzi Bankın tələblərinə və IFRS 9 standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət edilməsi;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin verməsi;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
  • Likvidlik, faiz, kapital riskləri ilə bağlı hesabatlıqların tərtib olunması;
  • İqtisadiyyatda baş verə biləcək potensial dəyişikliklərin öncədən  müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
  • Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
  • Banklararası kredit, depozit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək;
  • Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);
  • Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
  • Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
  • MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
  • Riyazi, statistik biliklər;
  • Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında biliklər;
  • CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
  • SQL,VBA, Python proqramlaşdırma dillərinin hər hansı birini bilən namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin baş mütəxəssisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi