Bakı
13.04.2023
Əsas vəzifələr:
- Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;
- Mərkəzi Bankın tələblərinə və IFRS 9 standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət edilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin verməsi;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
- Likvidlik, faiz, kapital riskləri ilə bağlı hesabatlıqların tərtib olunması;
- İqtisadiyyatda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
- Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
- Banklararası kredit, depozit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək;
- Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);
- Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
- Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
- MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
- Riyazi, statistik biliklər;
- Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında biliklər;
- CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
- SQL,VBA, Python proqramlaşdırma dillərinin hər hansı birini bilən namizədlərə üstünlük veriləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin baş mütəxəssisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Kredit işçisi |