Göyçay
06.01.2022
Şəhər: Göyçay şəhəri
Yaş həddi: 21-35
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
- Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və iri biznes kreditləri sahəsi üzrə);
- Analitik təhlil və düşünmə bacarığı;
- İstehlak kreditlərin qiymətləndirilməsi üzrə bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Komandada işləmək bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
Vəzifə öhdəlikləri:
- Kredit rəsmiləşdirilməsi zamanı kreditlərin bankdaxili qaydalara uyğun verilməsinə və sənədləşmənin düzgünlüyünə nəzarət,
- İstehlak kreditləri üzrə Mərkəzi Bankın normativ hüquqi aktlarının tələblərinin yerinə yetirilməsinə nəzarət,
- Kredit ödənişlərinin silinməsinə, kredit tranşlarının verilməsinə və faiz hesablanmasının dayandırılmasına nəzarət etmək.
- Azərbaycan Respublikasının Mərkəzi bankının müvafiq qayda və təlimatları bilmək və onlara riayət etmək
- Kredit portfelinin cari keyfiyyətini və baş vermiş dəyişikləri əks etdirən, dövr ərzində görülmüş işlər və onların nəticələri barədə hesabatların hazırlanması
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kreditlərə Nəzarət mütəxəssisi” yazmağı unutmayın.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Kredit işçisi |