Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin bərpası departamentində Yığım üzrə Mütəxəssis” vakansiyasını elan edirik.
Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə Yığım_mütəxəssis qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Kreditlərin bərpası departamenti
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri
Vəzifə öhdəlikləri:
• Mövcud məlumat bazası əsasında borcu olan o müştərilərə danışıqlar aparmaq
• Ehtiyac olduğu təqdirdə borcu olan o müştərilərin yaşayış və iş yerlərinə səfər etmək
• Görülmüş işlər haqda məlumatları informasiya sisteminə daxil etmək
• Müvafiq şöbənin iş fəaliyyətinə dəstək olmaq
Tələblər:
• Bank sahəsində ən azı 2 il iş təcrübəsi
• MS Office (Word, Excel, Power Point, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilmək
• Güclü ünsiyyət və komandada işləmək bacarığı
• Məsuliyyət və stresə davamlılıq
• Diqqətlilik, gündəlik işi yerinə yetirmək bacarığı
• Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Könüllü tibbi sığorta proqramına qoşulma
• Yığım sığortasına qoşulma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv