7 C
Baku
Thursday, December 12, 2024

Kreditlərin Bərpası üzrə Kiçik Mütəxəssis – PASHA Bank

0
Kreditlərin Bərpası üzrə Kiçik Mütəxəssis – PASHA Bank
14.02.2023

İşiniz nədən ibarətdir?

  • Qeyri-işlək kreditlərin restrukturizasiyası və bərpası üzrə cavabdehlik; gəlirlilik və xidmət standartlarının təkmilləşdirilməsi və yüksək səviyyədə icrası;
  • Problemli kreditlərlə iş üzrə metodologiya və proseduraların hazırlanması: erkən və sonrakı təqib (fərdi, KOS və CİB seqmentləri üzrə); problemli kreditlərin idarə olunması, restrukturizasiyası, problemli biznes kreditlərin bərpası;
  • Problemli kreditlər üzrə təyin olunmuş limitlər çərçivəsində restrukturizasiya qərarlarının icrası (fərdi, KOS və CİB seqmentləri üzrə);
  • Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilən kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak; problemli kreditlərin bərpası yolunda restrukturizasiya planlarının hazırlanması və tətbiqində fəal iştirak;
  • Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə); müştərilərin davranışlarına nəzarət və onların təhlili; problemli kreditlərin bərpası məqsədi ilə rəsmi bildirişlərin göndərilməsi;
  • İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və təxmini olaraq bərpanın müzakirəsi;
  • Görülən işlərin nəticələri barədə şöbənin səlahiyyətli şəxslərinə hesabat vermək (yığımla bağlı hesabat və s.);
  • Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili
  • Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə 1 il iş təcrübəsi
  • Xarici dil: ingilis dili (orta), rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office proqramları
  • Digər: güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi