10 C
Baku
Thursday, December 12, 2024

Kreditlərin satışı və rəsmiləşdirilməsi – Premium Bank

0
Kreditlərin satışı və rəsmiləşdirilməsi – Premium Bank
Bakı
15.12.2022

Vakansiyanın təsviri

  • Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
  • Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək; müştərinin ərizəsini qəbul etmək; biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq; kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
  • Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
  • Qarantiyalar üzrə lazimi sənədlərin tərtibatı, Bank Əməliyyat Sistemində qarantiyaların qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərin qeydiyyatını həyata keçirmək;
  • Əmanət(depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin  siyahısının verilməsi, müştəridən hüquqi sənədlərin yoxlanılaraq qəbulu;
  • Kredit ,əmanət və qarantiya əməliyyatlarının tam sənədləşməsi;
  • İş şəraiti:AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
  • İş saatı 09:00-dan 18:00-dək
  • İstirahət günləri: şənbə və bazar günləri
  • Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.

Xüsusi tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzu olunandır);
  • Ən azı 2 il bank iş təcrübəsi;
  • 22-35 yaşlarda bəy namizədlər;
  • Satış bacarığına malik olmalı;
  • Komandada və müştərilərlə işləmək bacarıqları;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır
  • Ofis proqramlarında işləmək bacarığı olmalı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi