Bakı
22.02.2023
İşçiyə qoyulan tələblər:
- Kompüterdə sərbəst işləmək bacarığı;
- Mühasibatlıq və vergi bilikləri;
- Təhsil-Ali (maliyyə və muhasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi- 2 ildən çox;
- Yaş-25-35;
Vəzifə öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin, ciddi hesabat blanklarının düzgün hazırlanmasını yoxlamaq;
- Ehtiyyat hissələri, mal material, yanacaq və sair xərclərinin sahələr və məhsullar üzrə düzgün bölgüsünün aparılmasını və mühasibat uçotu hesablarında onların hərəkətini yoxlayır;
- Kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlayır;
- Vaxtı keçmiş kreditor borcları müəyyən edərək hesabatın hazırlanması və onların ödənilməsi üçün ödəniş planının hazırlanması;
- İş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu yoxlayır;
- Malsatan və podratçılardan daxil olan mal-alış sənədlərinin İMB-na düzgün daxil olunmasını yoxlayır;
- Alınmış qısamüddətli borcların mühasibat uçotu hesablarında düzgün əks etdirir;
- Malsatan və podratçılara geri qaytarılan malların düzgünlüyünü yoxlayaraq qaytarmalar üzrə sənədləşmələri həyata keçirir;
- Malsatan və podratçılardan alınmış avansları müəyyən etmək və onlara mal və ya xidmətlərin təqdim olunması üçün tədbirlərin vaxtında görülməsi üçün rəhbərliyə məlumat vermək;
- İcarə üzrə kreditor borcları sənədlərinin İMB-na düzgün daxil olunması və mühasibat uçotunda düzgün əks etdirilməsi;
- Xərclərin təsnifatını və allokasiyasını düzgün müəyyən edərək mühasibat uçotunda düzgün əks etdirilməsi;
- Dövriyyə qalıq cədvəlinin kreditor qalıqlarının yoxlanılması və tələb olunan halda düzəlişlərin verilməsi;
- Dövriyyə qalıq cədvəlinin kreditor qalıqları üzrə aylıq balans izahlarının hazırlanması;
- Tələb olunan xərclərə dair mal material silgi aktlarının və xidmətlərin təhvil təslim aktlarının olub olmamasını yoxlamaq və olmadığı halda müvafiq tədbirlər görmək;
- Sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini təmin edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların hesablanmasını və ödənilməsini yoxlayır.
İş şərtləri:
- Stabil iş
- İcbari sığorta
- Əmək haqqı: 1200 AZN;
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
Maraqlanan namizədlər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “Kreditorlar üzrə Mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). [email protected]
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.