8 C
Baku
Thursday, December 12, 2024

Layihə meneceri (İT yönümlü) – Azərbaycan Kredit Bürosu

0
Layihə meneceri (İT yönümlü) – Azərbaycan Kredit Bürosu
Bakı
04.07.2023

İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00

Müraciət üçün son tarix: 28.07.2023

Vəzifə öhdəlikləri və fəaliyyətlər:

  • Biznes proseslərin analiz olunması;
  • Biznes prosesə uyğun texniki tələblərin formalaşdırılması;
  • Layihənin icrası zamanı dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların cavablandırılması və istiqamətləndirilməsi;
  • Layihənin uğurla icrası üçün prosesə rəhbərlik edilməsi;
  • Layihələrlə bağlı gedişatın izlənməsi və qiymətləndirilməsi;
  • Məhsulun hazırlanma prosesinə nəzarət və istiqamət verməklə proqram təminatı komandası ilə sıx əlaqə;
  • Məhsulun və layihənin inkişafı üçün yeni təkliflərin hazırlanması;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun istismara verilməsinin planlaşdırılması və icra olunması;
  • Layihə və ya məhsulun test edilməsini təmin etmək, sənədləşdirilməsini aparmaq, məlumat axınlarını hazırlamaq, APİ-lərin giriş çıxışlarını dizayn etmək;
  • Sifarişçilərlə/vendorlarla kommunikasiya planının qurulması, müddət və tələblərin razılaşdırılması;
  • İstifadəçi rollarının, istifadəçi xəritəsinin (user map), istifadəçinin funksionallığının müəyyənləşdirməsi;
  • Texniki tapşırıqların hazırlanması və komanda/müştəri ilə bölüşülməsi.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (texniki və ya biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Biznes analitikası, texniki tapşırıqların hazırlanması, biznes proseslərin təhlili, biznes tələblərin hazırlanması üzrə;
  • Dil bilikləri: Azərbaycan və İngilis dili əla səviyyədə (Rus dili orta səviyyədə olması arzuolunandır);
  • Komputer bilikləri: Jira, BPM alətləri, Powerpoint, Figma ilə sərbəst işləmə bacarıqları;
  • Yüksək təqdimat bacarığı;
  • Fikrini dəqiq, düzgün formada ifadə etmək bacarığı
  • Məlumatı təhlil etmək və faktlara əsaslanaraq düzgün qərar vermək bacarığı.

Maraqlanan namizədlər CV-lərini emailin mövzu (subject) hissəsinə Layihə meneceri (İT yönümlü) qeyd etməklə göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT