24 C
Baku
Wednesday, October 2, 2024

Layihə meneceri (Layihələr bölməsi) – İcbari Sığorta Bürosu

0
Layihə meneceri (Layihələr bölməsi) – İcbari Sığorta Bürosu
Bakı
06.08.2024

İş yeri:  Bakı.

İş barədə məlumat:

  • Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihə üzrə tapşırıqların icra edilməsi;
  • Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
  • Təhlil nəticələri və təkliflərin rəhbərliyə və digər maraqlı tərəflərə təqdim etmək;
  • İcbari sığorta məhsullarının performansını və bazar tendensiyalarını izlənməsi və təhlil edilməsi;
  • Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;
  • Şöbə və bölmələr arası əməkdaşlığın və innovativ komanda mühitini təşviq etmək.

Namizədə tələblər: 

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzu olunandır);
  • İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
  • PMP və ya digər müvafiq layihə idarəetmə üzrə sertifikatı olması üstünlükdür;
  • Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
  • BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
  • Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
  • MS Project üzrə biliklər arzu olunandır;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Analitik, strateji, həll yönümlü və tənqidi düşünmə qabiliyyəti;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Gərgin iş rejimində işləmək bacarığı

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə  elektron poçt ünvanına göndərə bilərsiniz.  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta