Layihə və tələblərin idarə edilməsi şöbəsinin baş eksperti
Əsas vəzifə və öhdəliklər
o Müvafiq standartlara əsaslanmaqla layihə planlarının hazırlanması
o Layihələrin plana uyğun icrasının monitorinqi
o Layihələrin gerçəkləşməsi çərçivəsində bankın bölmələri arasında qarşılıqlı əlaqələrin və effektiv kommunikasiyaların qurulması
o Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənilməsinə dəstək
Tələblər
o Ali təhsil
o Sahə üzrə 3 ildən çox iş təcrübəsi (Bank və ya İnformasiya Texnologiyaları sahəsində iş təcrübəsinin olması arzuolunandır)
o Azərbaycan, ingilis və rus dili bilikləri
o MS Project proqram təminatı üzrə yüksək səviyyədə biliklərə sahib olmaq
o Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmaq
o PMP sertifikatının mövcudluğu
o Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması
o İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması
o İş qrafiki: 5 iş günü, 09:00-18:00
o İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Layihə və tələblərin idarə edilməsi şöbəsinin baş eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |