16 C
Baku
Monday, September 30, 2024

Layihələrin İdarə Edilməsi Departamentində mütəxəssis/aparıcı mütəxəssis – Bank Respublika

0
Layihələrin İdarə Edilməsi Departamentində mütəxəssis/aparıcı mütəxəssis – Bank Respublika
Bakı
23.12.2022

Vakansiyanın təsviri

  • Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
  • Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
  • Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək;
  • Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
  • Layihələrlə əlaqəli  tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.

Xüsusi tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
  • Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Müraciət etmək üçün[email protected]