Bakı
19.02.2026
AZCON Holding Aviasiya departamentinin Layihələrin idarə edilməsi şöbəsinə menecer vəzifəsinə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- Layihələrin strateji hədəflərə uyğunluğunu qiymətləndirmək, onların prioritetləşdirilməsi və resursların optimal bölgüsünə dəstək göstərmək;
- Mövcud və yeni layihələr üzrə maliyyə, əməliyyat və kommersiya analizlərini aparmaq;
- Layihələrin icra göstəricilərini (KPI-lar) izləmək, riskləri və kənarlaşmaları müəyyən etmək, risklərin azaldılması üzrə praktik tədbirlər təklif etmək;
- Biznes, maliyyə, strategiya və əməliyyat komandaları arasında koordinasiyanı təmin etmək;
- Biznes-planların hazırlanması, texniki-iqtisadi əsaslandırmalar və investisiya layihələrinin qiymətləndirilməsində iştirak etmək;
- Gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması və əməliyyat səmərəliliyinin yüksəldilməsi üzrə biznes təşəbbüsləri irəli sürmək;
- Rəhbərlik üçün analitik hesabatlar, təqdimatlar, “dashboard”lar və performans xülasələri hazırlamaq;
- Departamentin illik və orta müddətli planlarının hazırlanmasında iştirak etmək.
Əsas tələblər:
- Biznes analizi, strategiya, biznesin inkişafı, layihələrin idarə edilməsi və ya konsaltinq (idarəetmə, strategiya və ya korporativ konsaltinq) sahəsində minimum 5 il iş təcrübəsi;
- Maliyyə bilikləri (maliyyə hesabatları və investisiya qiymətləndirilməsi prinsipləri üzrə anlayış);
- İnfrastruktur, nəqliyyat və ya irihəcmli əməliyyat layihələri üzrə təcrübə üstünlükdür;
- “Excel”, “PowerPoint”, maliyyə modelləşdirməsi və analitik hesabatlılıq üzrə yüksək səviyyədə biliklər;
- Analitik düşüncə, strukturlaşdırılmış yanaşma və rəhbərlik səviyyəsində təqdimat bacarıqları;
- Azərbaycan dili (ana dili), ingilis dili (mükəmməl səviyyədə), rus dili (arzuolunan).
Bizimlə əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi recruitment@azcon.az ünvanına mövzu hissəsində “Menecer” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
| Kateqoriya | Menecer |


